Menyu

Tibo Kurtua Belçika millisində çıxışını müvəqqəti dayandırıb

Operativ Media
Tibo Kurtua Belçika millisində çıxışını müvəqqəti dayandırıb

“Real Madrid”in qapıçısı Tibo Kurtua Belçika millisi ilə UEFA Millətlər Liqasında çıxış etməyəcək.

Operativ Media xəbər verir ki, 34 yaşlı qapıçı qərarını HLN-ə açıqlamasında bildirib. O, Millətlər Liqasının qarşıdakı turnirində millinin heyətində yer almayacağını deyib.

Kurtua qeyd edib ki, baş məşqçinin zədə səbəbindən qapıçı problemi yaranacağı halda istisna olaraq milliyə çağırıla bilər. Lakin bu halda belə, Belçika yığması final mərhələsinə (“Final Four”) yüksələrsə, həmin oyunlarda iştirak etməyəcək.

Təcrübəli qapıçı Avropa çempionatının seçmə mərhələsində yenidən milli komandaya qoşulmağa hazır olduğunu bildirib. O, baş məşqçi Mark van Bommelin əsas heyətdə yerini əvvəlcədən təmin edə bilməyəcəyini söylədiyini də qeyd edib.

Kurtuanın sözlərinə görə, Millətlər Liqasında çıxış edəcək qapıçı özünü yaxşı tərəfdən göstərərsə, van Bommel ona üstünlük verə bilər. Buna baxmayaraq, futbolçu əsas heyətdəki yerini geri qazanmaq üçün mübarizə aparacağını və bir nömrəli qapıçı olduğunu yenidən sübut etmək istədiyini vurğulayıb.

Belçika millisinin Millətlər Liqasındakı növbəti oyunu sentyabrın 25-də İtaliyaya qarşı keçiriləcək.

34 yaşlı Kurtua Belçika millisində 115 oyun keçirib. O, 2014, 2018 və 2022-ci illərdə dünya çempionatlarında iştirak edib. Qapıçı 2018-ci ildə Rusiyada keçirilən mundialda bürünc medal qazanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər