Ceyhun Bayramov: Azərbaycan iqlim öhdəliklərini praktiki fəaliyyətə çevirməyə sadiqdir
"UNFCCC-in 4-cü İqlim Həftəsinin Yüksək Səviyyəli Mərasimində çıxış edərək, iqlim öhdəliklərini praktiki fəaliyyətə çevirməyin təxirəsalınmaz zərurətini vurğulamaqdan mənunluq duydum".
Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşım bildirib.
"Azərbaycanın qlobal iqlim fəaliyyətini irəlilətmək, iddialı iqlim maliyyəşməsini təmin etmək, bərpa olunan enerjini genişləndirmək və beynəlxalq iqlim diplomatiyasını gücləndirmək əzmini diqqətə çatdırdım.
Antalyada keçiriləcək COP31-ə doğru irəlilədikcə, Azərbaycan çoxyönlü əməkdaşlığı möhkəmləndirməyə, davamlı və dayanıqlı gələcək üçün praktiki həllər təklif etməyə sadiq qalır", - nazir qeyd edib.
Pleased to address the UNFCCC 4th Climate Week High-Level Ceremony by highlighting the urgent need to turn climate commitments into practical action.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 9, 2026
I highlighted Azerbaijan’s commitment to advancing global climate action, delivering ambitious climate finance, expanding… pic.twitter.com/sX1DdmbxFa
dəqiqələr içində saytın olsun.