İlqar Əzimov: Lənkəran həm dağ, həm də dənizlə əhatə olunduğu üçün ideal turizm potensialına malikdir
Lənkəran cənub bölgəsinin incisi hesab olunur. Eyni zamanda turizm baxımından Azərbaycanda əsas destinasiyalardan biridir.
Operativ Media-nın Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
İ.Əzimov bildirib ki, Lənkəran həm dağ, həm dənizlə əhatə olunduğu üçün turizm üçün ideal potensiala malikdir. Son illərdə bu potensial yetərincə dəyərləndirilir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində müxtəlif işlər görülür.
O qeyd edib ki, Lənkəran öz milli kulinariya ənənələri ilə tanınır. Bu istiqamətdə də agentlik və Azərbaycan Turizm bürosu tərəfindən beynəlxalq tədbirlərdə təbliğat işləri aparılmışdır.
Həmçinin, son illərdə Lənkəranda turistlərin informasiya əlçatanlığını təmin etmək məqsədilə turizm informasiya məntəqəsi yaradılmışdır.
Bu məntəqə vasitəsilə həftənin bütün günləri (bayram günləri də daxil olmaqla) turistlərə məlumat verilir.
dəqiqələr içində saytın olsun.