İdarə rəisi: Lənkəranda son üç ildə aqroturizm imkanları kifayət qədər genişlənib
Hazırda Lənkəranda 28 turizm obyekti fəaliyyət göstərir - mehmanxana və mehmanxana tipli obyektlər. Bu obyektlərdən 12-si ulduz kateqoriyasına aiddir və onlardan 6-sı artıq ulduz statusuna malikdir. Qalan 6-sı da ulduz alma prosesindədir və ilin sonuna qədər onlar da ulduz alacaqlar.
Operativ Media-nın Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
İ.Əzimov bildirib ki, Lənkəranda son üç ildə aqroturizm imkanları kifayət qədər genişlənib.
Məşhur aqroturizm yerləri fəaliyyət göstərir bunlar arasında "Nilado" - çay plantasiyası çox sayda turistin gəldiyi "Sitrus Vadisi" - qeyd edə bilərik. Bu yaxınlarda Lənkəranda ilk dəfə olaraq, qısa müddət ərzində böyük populyarlıq qazanan Azərbaycanda ilk Arıçılıq Muzeyi açılıb.
"Hirkan Milli Parkında 14 turizm marşrutu fəaliyyət göstərir. İlin sonuna kimi bu marşrutların sayı artırılacaq", - deyə o, qeyd edib.
dəqiqələr içində saytın olsun.