Menyu

Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Operativ Media
Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqların birində soyğunçuluq hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Zərərçəkmiş polisə müraciət edərək yaxın qohumunun məzarını ziyarət edən zaman naməlum şəxsin onun içərisində pul vəsaiti olan çantasını talayaraq hadisə yerindən uzaqlaşdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər