Azərbaycan güləş hakimlərinin sayı 24-ə çatdı
Operativ Media
Azərbaycan güləş hakimləri Samil Fəttayev və Nihad Muradov beynəlxalq yarışda uğurlu nəticə göstərərək hakimlik kateqoriyalarını yüksəldiblər.
Operativ Media xəbər verir ki, bu il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında görüşləri idarə edən hər iki hakim imtahandan uğurla keçib.
Naxçıvan Muxtar Respublikasını təmsil edən Nihad Muradov milli kateqoriyalı hakim kimi daxili yarışlarda fəaliyyət göstərib. O, imtahanın nəticəsinə əsasən III dərəcəli beynəlxalq hakim statusu qazanıb.
Lənkəranı təmsil edən Samil Fəttayev isə III dərəcəli beynəlxalq hakimlik kateqoriyasından II dərəcəyə yüksəlib.
Bu nəticələrdən sonra Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı 24-ə çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net