Menyu

MPK rəhbərliyi qızıl medal qazanan parataekvondoçularla görüşdü

Operativ Media
MPK rəhbərliyi qızıl medal qazanan parataekvondoçularla görüşdü

Sentyabrın 9-da Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyada keçirilən Muju Qran-Prisində qızıl medal qazanan parataekvondo üzrə milli komandamızla görüş keçirib.

Operativ Media xəbər verir ki, MPK-da baş tutan görüşdə dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Muju Qran-Prisində K44 kateqoriyası üzrə 58 kq çəki dərəcəsində qızıl medal qazanan Sabir Zeynalov, İmaməddin Xəlilov və milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ilin sonunadək keçiriləcək beynəlxalq turnirlər və noyabr ayında baş tutacaq dünya çempionatına hazırlıq prosesi müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər