Menyu

Azərbaycan-Özbəkistan arasında qərargah danışıqları keçirilib

Operativ Media
Azərbaycan-Özbəkistan arasında qərargah danışıqları keçirilib

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyi qeyd olunub.

Görüşdə "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı"nın layihəsi müzakirə edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər