Markus Reşfordun “Sabah”la oyunda iştirakı rəsmiləşdi
“Mançester Yunayted”in futbolçusu Markus Reşford 1036 gündən sonra UEFA Çempionlar Liqasında komandanın oyunçu heyətinə daxil edilib.
Operativ Media xəbər verir ki, 28 yaşlı hücumçu sabah axşam “Old Trafford”da Azərbaycanın “Sabah” klubuna qarşı keçiriləcək matçda iştirak etmək üçün “Mançester Yunayted”in heyətində yer alacaq.
Klubun yetirməsi olan Reşford son bir il yarım mövsümdə icarə əsasında əvvəlcə “Aston Villa”, daha sonra isə “Barselona”da çıxış edib. O, hazırda “Mançester Yunayted”ə qayıdıb və komandanın son iki liqa oyununda meydana çıxıb.
Reşford sonuncu dəfə 2023-cü ilin noyabrında Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”ə qarşı keçirilən və “Mançester Yunayted”in 3:4 hesabı ilə məğlub olduğu görüşdə turnirin heyətində yer almışdı.
dəqiqələr içində saytın olsun.