Menyu

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Operativ Media
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
1 dəq oxu

Bakının Xətai və Nizami rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan etibarən başlanılacaq.

İşlərlə əlaqədar Xətai rayonunun Kazımağa Kərimov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılacaq.

Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

AAYDA sürücülərdən görülən işlərə anlayışla yanaşmağı və qeyd olunan ərazilərdə hərəkət edərkən diqqətli olmağı xahiş edib.

Əlaqəli Xəbərlər