Menyu

Valdas Dambrauskas: “Futbol ictimaiyyətini təəccübləndirə bilərik”

Operativ Media
Valdas Dambrauskas: “Futbol ictimaiyyətini təəccübləndirə bilərik”

Hazırda məqsədimiz nəticə barədə düşünmək deyil. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşarkən əslində nə qədər güclü olduğumuzu görmək istəyirik.

Operativ Media xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib. O, Çempionlar Liqasındakı rəqiblərinin gücünə də diqqət çəkib: “Monakoda keçirilən püşkatma mərasimindən dərhal sonra da demişdim ki, çətin püşk ola bilər, çox çətin püşk ola bilər və “Sabah” püşkü ola bilər. Biz “Mançester Yunayted”, “Barselona’”, “Arsenal”, “Borussiya Dortmund”, “Napoli” kimi komandalarla qarşılaşacağıq”.

Baş məşqçinin sözlərinə görə, bu oyunlar klubun hazırkı səviyyəsini daha aydın göstərməyə imkan verəcək: “Düşünürəm ki, indi nəticə haqqında düşünməyin vaxtı deyil. Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqətləri üzə çıxaracaq. Hansı istiqamətdə getmək istədiyimizi, hara çatmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və bu səhvlərdən necə öyrənəcəyimizi göstərəcək”.

O, “Mançester Yunayted”lə görüşdə komandasından maksimum nəticə ortaya qoymasını gözlədiyini vurğulayıb: “Sabah əsas məsələ oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və həmin anın içində olmaqdır. Əlbəttə, bacardığımızın ən yaxşısını və hansı futbolu oynaya biləcəyimizi göstərmək istəyirik. Rəqabət apara bilərikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə bilərikmi? Biz məhz bunu görmək istəyirik. Nəticə haqqında düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə olan diqqətimizi itirəcəyik”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər