Menyu

Zelenski sentyabrda Trampla görüşə ümid edir

Operativ Media
Zelenski sentyabrda Trampla görüşə ümid edir

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 20-si ətrafında ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb. Zelenski mümkün görüş zamanı ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tədarükü məsələsini gündəmə gətirmək istədiyini deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy çərşənbə axşamı bildirib ki, Zelenski ilə Tramp arasında sentyabr ayında şəxsi görüşün keçirilməsi ilə bağlı ilkin razılaşmalar mövcuddur.

Zelenski ilə Trampın son görüşü iyulun sonunda Vaşinqtonda baş tutub. Bundan sonra “Financial Times” mənbələrinə istinadən Trampın Kiyevin “Patriot” kompleksləri üçün yüzlərlə raket-interseptor tədarükü istəyini rədd etdiyini yazıb.

“The Atlantic” isə mənbələrinə istinadən Zelenskinin həmin danışıqlarda Ukraynanın “Starlink” imkanlarından Rusiyanın dərinliklərində zərbələr endirmək üçün istifadəsinə icazə məsələsində Trampın dəstəyini almağa çalışdığını bildirib. Nəşrin məlumatına görə, Tramp bu məsələyə birmənalı cavab verməyib.

Bundan əlavə, “The Atlantic” İlon Maskın Zelenski ilə görüşdən imtina etdiyini yazıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər