Menyu

Tramp Hörmüz boğazına öz adını vermək istəyir

Operativ Media
Tramp Hörmüz boğazına öz adını vermək istəyir

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallas şəhərində keçirilən milli qurultayında danışıb.

ABŞ lideri çıxışı zamanı “Hörmüz boğazını Tramp boğazı adlandırmalıyıq. Mən də bundan nəsə əldə etməliyəm. Bu, belə adlanacaq” deyib.

Tramp həmçinin İranla müharibədə ABŞ-nin qələbəsindən sonra neft qiymətlərinin aşağı düşəcəyinə əmin olduğunu bildirib.

ABŞ Prezidenti daha əvvəl səsləndirdiyi fikrini təkrarlayaraq, dünya üzrə neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazına ABŞ-nin nəzarət etdiyini iddia edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər