Tramp İranla müharibənin bitəcəyi vaxtı açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin Konqresə keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını və neft qiymətlərinin sürətlə ucuzlaşacağını iddia edib.
Operativ Media xəbər verir ki, Tramp Konqresə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının ilk qurultayı üçün Texas ştatına səfəri zamanı İran rəhbərliyinin müqavimətinin tükənmək üzrə olduğunu bildirib.
Tramp İranın ABŞ-dakı seçkilərə təsir göstərməyə çalışdığını irəli sürüb. Onun sözlərinə görə, Tehran nüvə silahı əldə etməsinə imkan verəcək zəif hökumətin hakimiyyətə gəlməsinə nail olmağa çalışır.
İran hakimiyyəti isə nüvə silahı hazırlamağa cəhd göstərdiyi barədə ittihamları rədd etməkdə davam edir.
ABŞ Prezidenti İranla danışıqların keçirilməsi ehtimalına da toxunub. O, yeni görüşün mümkün olduğunu, lakin hazırda bunun gündəmdə olmadığını deyib.
Artıq yeddinci ayına daxil olan müharibə ilə bağlı Tramp əvvəlcə döyüşlərin cəmi bir neçə həftə davam edəcəyini gözlədiyini bildirib.
dəqiqələr içində saytın olsun.