Tramp Venesuela ilə neft sazişinin həcmini açıqladı
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə enerji sazişi nəticəsində ölkəsinin 500 il kifayət edəcək neft ehtiyatlarına çıxış əldə etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ Venesuela nəzərə alınmadan da dünyanın ən böyük neft istehsalçısıdır. Tramp bildirib ki, Venesuelanın da ölkənin neft ehtiyatlarına əlavə edilməsi tarixdə ən böyük sazişlərdən birinin əldə olunması deməkdir.
ABŞ lideri qeyd edib ki, söhbət 65 milyard barel neft ehtiyatından gedir. Tramp bu həcmin ABŞ üçün 500 illik neft ehtiyatına bərabər olduğunu iddia edib.
Trampın sözlərinə görə, Vaşinqton Karakasla “əla münasibətlər” qurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net