Menyu

Coy-Lens Mikels: “Mançester Yunayted”ə sürpriz edə və qol vura bilərik

Operativ Media
Coy-Lens Mikels: “Mançester Yunayted”ə sürpriz edə və qol vura bilərik

“Mançester Yunayted”ə sürpriz edə və qol vura bilərik.

Operativ Media xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels “İctimai TV”yə açıqlamasında deyib.

Ruandalı futbolçu İngiltərə klubuna qarşı UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəkləri oyunun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Mançester Yunayted”ə qarşı oynamaq mənim üçün çox özəl hissdir. Çünki uşaqlıqdan bu komandaya azarkeşlik etmişəm. Ailəm də, hətta komandadakı hər kəs də bunu bilir. Azarkeşi olduğum komandaya qarşı məhz bu stadionda oynamaq mənim üçün böyük hekayədir.

Mikels qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:

“İlk dəfədir ki, belə bir fürsət əldə edirəm və burada olduğum üçün çox sevinirəm. Əlbəttə, bizi çətin oyun gözləyir. Bu, Çempionlar Liqasında ilk matçımızdır və burada 75 min azarkeşin qarşısında hansı mübarizənin bizi gözlədiyini bilirik.

Amma biz öz oyunumuzu oynamağa çalışacağıq. Hücum xəttində yaxşı çıxış etdiyimizi bilirik. “Mançester Yunayted” bizim oyun üslubumuza öyrəşməyə bilər. Ona görə də düşünürəm ki, onlara sürpriz edə və qol vura bilərik”.

“Sabah”ın hücumçusu özü ilə bağlı vəziyyətin də yaxşı olduğunu qeyd edib:

“Özümə gəldikdə isə hər şey qaydasındadır. Ümid edirəm ki, qol vurmaq üçün imkanlarımız olacaq və mən də fərqlənə biləcəyəm”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər