Menyu

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Operativ Media
Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Azərbaycanda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində elmi potensialın yüksəldilməsi, kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması və maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, əmək bazarının ehtiyaclarına uyğun olaraq ali təhsil müəssisələrinin tədris planlarında təkmilləşdirmələr aparılacaq, universitetlərlə daha sıx əməkdaşlıq çərçivəsində ixtisaslı kadrların hazırlanması təmin ediləcək. Həmçinin, ümumi təhsil pilləsi üzrə dərsliklərə sağlam qidalanma və zoonoz xəstəliklərə dair tədris materialları daxil olunacaq.

Tədbirlər planı çərçivəsində özəl sektorda çalışan mütəxəssislər üçün nəzəri və praktiki kursların təşkili, eləcə də qida təhlükəsizliyi sahəsində elmi məlumat bazasının genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, yerli ekspertlərin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların texniki komitələrinin işində və birgə elmi araştırılmalarda iştirakı artırılacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər