Menyu

Azərbaycanda “Huawei”in regional rəqəmsal mərkəzinin açılması imkanları müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycanda “Huawei”in regional rəqəmsal mərkəzinin açılması imkanları müzakirə olunub
1 dəq oxu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər