Menyu

Cənubi Koreya “Google” və “Apple”ı 47,5 milyon dollar cərimələyib

Nicat Hüseynli
Cənubi Koreya “Google” və “Apple”ı 47,5 milyon dollar cərimələyib
1 dəq oxu

Cənubi Koreyada “Google” və “Apple” şirkətləri tətbiq mağazalarındakı mövqelərindən sui-istifadə etdikləri üçün ümumilikdə 47,5 milyon dollar cərimələniblər.

Operativ Media xəbər verir ki, bu barədə Koreya Media və Rabitə Komissiyası məlumat yayıb.

Bildirilib ki, şirkətlər tətbiq tərtibatçılarını öz ödəniş sistemlərindən istifadəyə yönləndirib, alternativ ödəniş üsullarını isə məhdudlaşdırıblar.

Komissiya “Google”a 32 milyon, “Apple”a isə 15,5 milyon dollar cərimə tətbiq edib. Hər iki şirkətə üçüncü tərəf ödəniş keçidlərinə icazə vermək və tətbiqlərin yoxlanılması prosedurlarını təkmilləşdirmək tapşırılıb.

Əlaqəli Xəbərlər