Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli genişlənir
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün tətbiq edilən dördüncü model mövcud özəl məktəbəqədər təhsil potensialından istifadə etməklə ailələrin həmin xidmətlərə çıxışını dövlət dəstəyi hesabına genişləndirməkdir.
Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, ötən il model təxminən 4 min uşağı əhatə edirdisə, cari ildə əhatənin 10 min uşağa çatdırılması nəzərdə tutulur.
Beləliklə, məktəbəqədər təhsilin əhatəsini yalnız yeni bağça tikməklə deyil, mövcud dövlət infrastrukturu, məktəbəhazırlıq qrupları, icma modeli və dövlət–özəl əməkdaşlığı vasitəsilə birlikdə genişləndiririk. Bu dinamika ilə ilin sonuna müəyyən edilmiş 50 faizlik əhatə hədəfinə çatmağa çox yaxınıq.
dəqiqələr içində saytın olsun.