Menyu

Eşqi Bağırov: Yeni tədris ilindən 43 yeni məktəb fəaliyyətə başlayacaq

Operativ Media
Eşqi Bağırov: Yeni tədris ilindən 43 yeni məktəb fəaliyyətə başlayacaq

Yeni tədris ilindən 43 yeni ümumi məktəb fəaliyyətə başlayacaq.

Operativ Media xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, ötən tədris ilində “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb:

“Yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər