Menyu

Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramına start verilib

Operativ Media
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramına start verilib

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 18–25 yaşlı qızlar üçün nəzərdə tutulan “Yango Rəqəmsal Bacarıqlar və İmkanlar Proqramı”nın təqdimatı keçirilib.

Operativ Media xəbər verir ki, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Yango Azerbaijan” və “Future Skills Academy”nin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Proqram Lənkəran bölgəsindən olan gənc qızların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, karyera imkanlarının genişləndirilməsi və müasir əmək bazarına hazırlığının gücləndirilməsini hədəfləyir. Proqramda iştirak tamamilə ödənişsizdir.

Təqdimat zamanı iştirakçılara proqramın məqsədləri, təlim istiqamətləri və yaradılacaq imkanlar barədə ətraflı məlumat verilib. Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlarını inkişaf etdirəcək, peşəkar mühit haqqında biliklərini artıracaq və gələcək karyeralarına daha hazırlıqlı olacaqlar.

2026-cı ilin sentyabrından 2027-ci ilin martınadək davam edəcək təlimlər ADA Universitetinin müəllimləri tərəfindən keçiriləcək. Təlimlərin şənbə və bazar günləri Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkili nəzərdə tutulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər