Menyu

Şirvanda beynəlxalq şahmat festivalı keçiriləcək

Operativ Media
Şirvanda beynəlxalq şahmat festivalı keçiriləcək

19–26 oktyabr 2026-cı il tarixlərində Şirvan şəhərində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Operativ Media xəbər verir ki, festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğ edilməsidir.

Yarış 4 qrup üzrə keçiriləcək: A qrupu – Açıq klassik turnir, B qrupu – U14 klassik turnir, Rapid və Blits.

Festivalın ümumi mükafat fondu 22 670 AZN təşkil edir. A qrupunda 17 000 AZN, B qrupunda 4 250 AZN, Rapid yarışında 770 AZN, Blits yarışında isə 650 AZN məbləğində mükafat təqdim olunacaq.

A və B qruplarının qaliblərinə xüsusi kuboklar veriləcək. Həmçinin müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə xüsusi mükafatlar nəzərdə tutulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər