Menyu

“Arsenal” və “Mançester Yunayted” Nikolo Tresoldini istəyir

Operativ Media
“Arsenal” və “Mançester Yunayted” Nikolo Tresoldini istəyir
1 dəq oxu

“Arsenal” və “Mançester Yunayted” Belçikanın “Brügge” klubunda çıxış edən Nikolo Tresoldini transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb.

Məlumata görə, 22 yaşlı almaniyalı futbolçu ilə “Tottenhem” və “Çelsi” də maraqlanır. Tresoldinin “Brügge” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Bildirilir ki, Belçika təmsilçisinin hücumçunu 2027-ci ilin yayında komandada saxlamaq imkanları məhdud ola bilər. Bununla belə, klubun həmin vaxta qədər futbolçuya əvəzləyici tapmaq üçün kifayət qədər vaxtı olacaq.

Qış transfer pəncərəsində isə “Brügge”nin mövqeyinə görə keçidin baş tutması ehtimalı az qiymətləndirilir.

Tresoldi 2025-ci ilin iyulundan Belçika klubunda çıxış edir. O, 2026/2027 mövsümündə meydana çıxdığı 14 oyunda 12 qol vurub.

Əlaqəli Xəbərlər