Menyu

Azərbaycanın daha 5 cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulur

Operativ Media
Azərbaycanın daha 5 cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulur

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin son yarış günündə Azərbaycanı 5 cüdoçu təmsil edəcək.

Operativ Media xəbər verir ki, qadınların +78 kq çəki dərəcəsində 1/16 final mərhələsində Madina Kaisinova Belçika təmsilçisi Qabriyel Buvye ilə qarşılaşacaq.

Kişilərin -90 kq çəki dərəcəsində Vüqar Talıbov 1/16 finalda Stevan Nikçeviç (Monteneqro) – Aleks Kret (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

-100 kq çəki dərəcəsində Əjdər Bağırovun rəqibi Xuslen Munxuu (IRT) – Daniel Lyubimovski (ABŞ) qarşılaşmasının qalibi olacaq.

+100 kq çəki dərəcəsində isə Camal Qamzatxanov İqor Vraçar (Serbiya), Kənan Nəsibov isə Artyom Zolotuxin (Rusiya) ilə mübarizə aparacaq.

Təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 19:00-da başlayacaq.

Yarışın canlı yayımı “Judo TV” və “CBC Sport” telekanalında təqdim olunacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər