Menyu

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini keçib

Operativ Media
Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb.

Operativ Media bu ölkənin mediasına istinadla xəbər verir ki, Konqo hakimiyyətinin açıqladığı son məlumatlara görə, epidemiyanın başladığı vaxtdan indiyədək 7022 yoluxma və 3398 ölüm halı qeydə alınıb. 1671 nəfər isə xəstəlikdən sağalıb.

Bu, Ebola virusunun ən geniş epidemiyası sayılır. Xəstəlik ilk olaraq ölkənin şimal-şərqindəki İturi əyalətində aşkarlanıb, daha sonra şərq və şimal bölgələrinə yayılıb.

Bu həftənin əvvəlində Ebola virusunun Mərkəzi Afrika Respublikası və Konqo ilə həmsərhəd olan Cənubi Ubangi əyalətinə də yayıldığı təsdiqlənib. Beləliklə, xəstəlik artıq yeddi əyalətdə qeydə alınıb.

İturi əyalətində məktəblərdə də Ebola virusuna yoluxma hallarının aşkarlanması valideynlər və səhiyyə işçiləri arasında narahatlıq yaradıb.

Hazırkı epidemiyanın Bundibuqyo ştammından qaynaqlandığı bildirilir. Bu ştamma qarşı hazırda təsdiqlənmiş vaksin və müalicə vasitəsi yoxdur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər