Mingəçevirdə binada yanğın olub - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
16:36
Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə 11 saylı binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə edilib. İlkin məlumata görə, bir neçə bina sakini qatı tüstüdən zəhərlənib və onlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğın binanın elektrik naqilləri keçən şaxtasında baş verib.
dəqiqələr içində saytın olsun.