Menyu

Xocasən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Operativ Media
Xocasən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
1 dəq oxu

Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əlaqəli Xəbərlər