Menyu

İran Hörmüz boğazında yeni dəniz dəhlizi yaradacaq

Operativ Media
İran Hörmüz boğazında yeni dəniz dəhlizi yaradacaq

İran və Oman arasında əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni xüsusi dəniz dəhlizinin yaradılması Körfəz ölkələrinin qarşıdakı məsləhətləşmələrinin əsas mövzusu olacaq.

Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby Al-Jadeed” portalına müsahibəsində deyib.

Əraqçinin sözlərinə görə, görüş zamanı iştirakçı ölkələr İran və Oman arasında əldə olunmuş razılaşmanın detalları barədə məlumatlandırılacaq. Tərəflərə yeni marşrutla bağlı xəritələr təqdim ediləcək və sənədlərin BMT-nin Beynəlxalq Dəniz Təşkilatında (IMO) qeydiyyata alınması üçün birgə bəyanat qəbul ediləcək.

Nazir bildirib ki, görüşün gündəliyi konkret olacaq və digər məsələlər rəsmi gündəliyə daxil edilməməlidir.

Görüşdə Tehran və Maskat arasında müvafiq sazişin imzalanması planlaşdırılır. Əraqçi vurğulayıb ki, razılaşma Hörmüz boğazında mövcud ümumi blokada rejiminin aradan qaldırılmasını nəzərdə tutmur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər