Menyu

Hakan Fidan İsrailin Suriyaya zərbələrini tənqid edib

Operativ Media
Hakan Fidan İsrailin Suriyaya zərbələrini tənqid edib

İsrail Suriyaya zərbələr endirməklə terrorizmlə mübarizə imkanlarını zəiflədir və terror təşkilatlarını dolayısı ilə dəstəkləyir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə XİN rəhbəri İsrailin siyasətinin Suriyada müsbət irəliləyişlərə ən ciddi maneə olduğunu diqqətə çatdırıb. H.Fidan Abu ad-Duhur hərbi aviabazasına hücumu buna misal göstərərək Suriyanın təhlükəsizliyini təmin etmək və terrorla mübarizə aparmaq üçün suveren hüquqa malik olduğunu vurğulayıb.

"İsrail Suriyanın hərbi imkanlarına sistemli zərbələr endirməklə İŞİD kimi terror təşkilatlarına dolayısı ilə dəstək verir" — deyə H.Fidan qeyd edib.

Nazir Türkiyənin Suriyanın cənubundakı hadisələri də diqqətlə izlədiyini və İsrailin orada qeyri-sabitlik yaratmaqda payı olduğunu bildirib. O, uzunmüddətli həlli 1974-cü il deeskalasiya razılaşmalarına əsaslanan təhlükəsizlik sazişində gördüyünü deyərək BMT və beynəlxalq ictimaiyyəti İsrailin Suriyanın suverenliyini pozan addımlarına qarşı daha effektiv mövqe tutmağa çağırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər