Menyu

Gəncədə toy karvanında gəlin maşını qəzaya düşüb

Operativ Media
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşüb
1 dəq oxu

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.

Operativ Media "APA"ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər