Pezeşkian: Bizi öldürməyə çalışırlar
Operativ Media
1 dəq oxu
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi siyasəti tənqid edib.
Operativ Media xəbər verir ki, Pezeşkian bu barədə “İndia Today”ə müsahibəsində danışıb.
İran liderinin sözlərinə görə, ABŞ region ölkələrinə silah və raketlər satmaqla onları qorxu içində saxlamağa və öldürməyə çalışır.
Pezeşkian hesab edir ki, Vaşinqtonun bu siyasəti Yaxın Şərqdə gərginliyin daha da yüksəlməsinə və dövlətlər arasında qarşıdurmanın dərinləşməsinə şərait yaradır.
İran prezidenti region ölkələrinin xarici müdaxilələrə qarşı birgə mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. O, təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsini zəruri hesab etdiyini bildirib.
Sorğu