Menyu

Tatarstanda təyyarə qəzaya uğrayıb

Operativ Media
Tatarstanda təyyarə qəzaya uğrayıb

Tatarstanın Şемоrdan kəndində "Cessna-172" yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Operativ Media xəbər verir ki, sentyabrın 12-də baş verən hadisə zamanı təyyarəni özünün ilk uçuşunu həyata keçirən 39 yaşlı kursant – Kazan rəhbərinin birinci müavininin köməkçisi Vladimir J. idarə edib.

Pilot təlimi üzrə özəl məktəbin kursantı hündürlüyü düzgün hesablamayaraq qanadıyla televiziya qülləsinə çırpılıb və nəticədə hava gəmisi yaşayış evinin həyətinə şaquli şəkildə düşüb.

Qəza nəticəsində kursant və təxminən 10 illik təcrübəyə malik təlimçi Oleq Q. hadisə yerində həlak olublar. Ev sahibləri xəsarət almayıblar.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb, Dövlətlərarası Aviasiya Komitəsi (DAK) isə faciənin səbəblərini araşdırmağa başlayıb. Məlumata görə, qəzaya uğrayan həmin təyyarə (RA-0794G nömrəli) hələ 2016-cı ildə də ciddi insidentlə üzləşmiş və eniş zolağına qəfil çıxan avtomobillə toqquşmadan son anda qaçmışdı.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər