Qurban Qurbanov: Yeni gələn futbolçular optimal formalarından uzaqdırlar
"Qarabağ" Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Operativ Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Yeni gələn futbolçuların performansı sizi qane edir?
- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.
- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?
- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.
dəqiqələr içində saytın olsun.