ADY: Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb
Operativ Media
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) cari ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.
QSC-dən Operativ Media-ya bildirilib ki, qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12 faiz üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 24 faiz artım qeydə alınıb.
Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32 faiz, tranzit daşımalar isə 40 faiz artıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net