Menyu

Bakıda TDT-nin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir

Operativ Media
Bakıda TDT-nin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir

Sentyabrın 16-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir.

Operativ Media xəbər verir ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.

Tədbirdə “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi”, “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: tendensiyalar və istifadə olunmamış imkanlar” və “Davamlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularına həsr olunan panel müzakirələri keçiriləcək.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər