Alen Simonyan: Ermənistan Azərbaycandan qaz almağa maraqlıdır
Operativ Media
Ermənistan Azərbaycan, İran və digər ölkələrdən qaz almağa hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bəyan edib.
O bildirib ki, Ermənistan bir ölkədən olan asılılığı başqa bir ölkədən asılılıqla əvəz etmək niyyətində deyil.
Simonyanın sözlərinə görə, onlar qazı mümkün olan hər yerdən almaq fikrindədirlər. Əgər Rusiya tədarük etsə Rusiyadan, Azərbaycan olsa Azərbaycandan, İran olsa İrandan alacaqlar. Hətta Türkiyədən qaz almaq imkanı yaransa, ondan da alacaqlar.
Qeyd edək ki, Ermənistana daxil olan qazın böyük hissəsi Rusiyanın payına düşür. 2025-ci ildə Qazprom təxminən 2,7 milyard kubmetr qaz tədarük edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net