Menyu

KXDR rəsmisi Yaponiya və Cənubi Koreyanı ittiham edib

Operativ Media
KXDR rəsmisi Yaponiya və Cənubi Koreyanı ittiham edib

KXDR müdafiə nazirinin müavini Kim Qan İlin sözlərinə görə, Yaponiya və Cənubi Koreya nüvə silahına sahib olmaq məqsədilə hərbi potensiallarını artırırlar.

Operativ Media xəbər verir ki, Kim Qan İli bu barədə Pekində keçirilən 13-cü Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Yaponiya və Cənubi Koreya ABŞ-ın himayəsi altında hərbi imkanlarını genişləndirir və nüvə silahı əldə etməyə çalışırlar.

KXDR rəsmisi Vaşinqton, Seul və Tokio arasında üçtərəfli hərbi əməkdaşlıq sisteminin nüvə alyansına çevrilməsinin reallığa yaxınlaşdığını iddia edib.

Kim Qan İlin sözlərinə görə, ABŞ-ın yeni nüvə strategiyasında regional münaqişələrə cavab olaraq taktiki nüvə silahlarından istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

O bildirib ki, bu yanaşma ABŞ-ın nüvə strategiyasını praktiki tətbiq vasitəsinə çevirir və çoxsaylı nüvə obyektlərinin yerləşdiyi Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətinə ciddi mənfi təsir göstərir.

Syanşan Forumu 2006-cı ildən keçirilir və tədbirin təşkilatçısı Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasıdır.

2026-cı ildə Pekində keçirilən forumda 100-ə yaxın ölkə, region və beynəlxalq təşkilatdan təxminən 2 min nümayəndə iştirak edir. Forum Asiya-Sakit okean regionunda və qlobal miqyasda təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər