Hikmət Hacıyev: Avropa Parlamenti qətnamələr qəbul edərək bölgəmizdəki sülh gündəliyinə zərbə vurur
Avropa Parlamenti qətnamələr və qərarlar qəbul edərək bölgəmizdəki sülh gündəliyinə zərbə vurur.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində "Euronews"un forum panelində deyib.
"Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu illər ərzində məscidlərimiz və İslam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə məhv edildi - hətta məscidlərin içinə donuzlar da salınmışdı."
"Biz buna qisasçılıq kimi baxmırıq, lakin bu, bizim tariximiz və irsimizdir və biz bunu unuda bilmərik," - deyə o əlavə edib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Zərdüştlüyün yarandığı ilk məkanlardan biridir. Həmçinin, bura IV əsrdən etibarən xristianlığın yayıldığı ilk məkanlardan biridir: Xristianlıq (Qafqaz) Albaniya Krallığı tərəfindən rəsmi din kimi qəbul edilmişdi, eyni zamanda Azərbaycan İslamı qəbul edən ilk ölkələrdən biri olmuşdur.
"Hazırda Azərbaycanda üç din - İslam, Xristianlıq və İudaizm öz məscid, kilsə və sinaqoqları ilə yanaşı mövcuddur.
İndi biz müharibədə qalib gəlmişik, lakin həm də sülh şəraitində qələbə qazanırıq ki, bu da çətin və məşəqqətli bir mübarizədir, Ermənistan hökuməti və rəhbərliyi öz xalqını sülhə hazırlamaq istiqamətində iş aparmalıdır", - deyə Hacıyev vurğulayıb.
dəqiqələr içində saytın olsun.