Menyu

Nazir: Azərbaycanın əsas məqsədi texnologiyanı səriştəli istifadə edən ölkə olmaqdır

Nərmin Qocamanlı
Nazir: Azərbaycanın əsas məqsədi texnologiyanı səriştəli istifadə edən ölkə olmaqdır

Azərbaycan iqtisadiyyatında əsas məqsəd təkcə daha çox məhsul istehsal etmək deyil, daha çox əlavə dəyər yaradan məhsul və xidmətlər istehsal etməkdir.

Operativ Media xəbər verir ki, bu sözləri SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bunun üçün hökumət, texnologiya və ekosistemin birgə fəaliyyəti vacibdir.

Onun sözlərinə görə, istedad, lider və səriştəli əməkdaş anlayışları da zaman keçdikcə dəyişir.

Mikayıl Cabbarov bildirib ki, əmək bazarına yalnız iş axtaranların perspektivindən yanaşmaq düzgün deyil. Burada yeni iş yerləri yaradan insanların da rolu nəzərə alınmalıdır.

O qeyd edib ki, yeni savadlılıq anlayışı texnologiya, xüsusilə də süni intellektlə sıx bağlıdır.

“Dünyada bu texnologiyanı yaradanlar və ondan istifadə edənlər var. Azərbaycanın əsas məqsədi yüksək səviyyədə texnologiyanı qəbul edən, ondan səriştəli şəkildə istifadə edən ölkə olmaqdır”, - deyə nazir vurğulayıb.

Mikayıl Cabbarovun sözlərinə görə, gələcəkdə insan və texnologiyanın birlikdə işlədiyi sahələrin əhəmiyyəti daha da artacaq. Bu baxımdan bacarıq və istedad anlayışına yalnız ənənəvi insan kapitalı çərçivəsində yanaşmaq kifayət deyil.

Nazir əlavə edib ki, məhsuldarlıq biznes ekosistemi və iqtisadi sistem daxilində əlaqəliliklə birbaşa bağlıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər