Menyu

Pakistanda baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Operativ Media
Pakistanda baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Pakistanın şimal-qərbində məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 21 nəfər ölüb, 103 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, “Geo News” bu barədə tibb işçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərdən 15-i polis əməkdaşıdır.

Partlayış Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində yerləşən “Police Lines” kompleksinin ərazisində baş verib. Bildirilir ki, partlayıcı qurğunu kamikadze işə salıb.

Hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının 6 cinayətkarı zərərsizləşdirdiyi qeyd olunub.

Pakistan hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.

***

13:43

Pakistanın Xeyber-Paxtunxva əyalətində məscid yaxınlığında partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər