Menyu

Paşinyan İlham Əliyevə təşəkkür edib

Operativ Media
Paşinyan İlham Əliyevə təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Operativ Media xəbər verir ki, Paşinyan bunu Hessen Sülh Mükafatını aldığı mərasimdə deyib.

O, mükafata Azərbaycan Prezidenti İlham Əliyevin də layiq olduğunu bildirib və sülh prosesinə verdiyi töhfəyə görə ona minnətdarlığını ifadə edib.

Paşinyan həmçinin Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edərək qeyd edib ki, münaqişənin yaratdığı çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, xalqlar keçmişi dəyişə bilməsələr də, bu günü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul edib və dəstəkləyiblər.

Baş nazirin sözlərinə görə, sülhün bərqərar olması istiqamətində əsas addımlardan biri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdiyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.

Paşinyan bildirib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair reqlamenti imzalayıb və ratifikasiya ediblər. Onun sözlərinə görə, sənəddə 1991-ci il Alma-Ata bəyannaməsi prosesin əsas prinsipi kimi təsbit olunub.

Baş nazir qeyd edib ki, bu prinsip Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasını nəzərdə tutur.

Paşinyanın sözlərinə görə, həmin prinsip Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə də əksini tapıb. O bildirib ki, sazişin paraflanması və birgə bəyannamənin qəbul edilməsi iki ölkə arasındakı münasibətlərdə tarixi irəliləyişdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər