Hikmət Babaoğlu: “Suverenliyin bərpası Azərbaycanın əldə etdiyi böyük tarixi uğurdur”
Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsi mühüm tarixi hadisədir və son yüzillik dövlətçilik tariximizdə ilk belə hadisədir. Çünki 805-ci ildən 2023-cü ilə qədər davam edən 200 ildən artıq bir dövr ərzində müxtəlif mərhələlərdə öz ərazimizdə dövlətlər qurmuşuq.
Bu sözləri Operativ Media-ya deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, formal olaraq ərazi bütövlüyümüzün təmin olunduğu tarixi mərhələlər də olub:
“Ancaq bu uzun tarixi dövr ərzində biz heç vaxt öz ərazimizdə suveren hüquqlarımızı tam şəkildə bərpa edə bilməmişdik.
Ona görə də düşünürəm ki, suverenlik həm siyasi, həm də hərbi-strateji kontekstdə bu gün Azərbaycanın əldə etdiyi böyük tarixi uğurdur.
İndi ən gənc dövlət bayramımız olan Suverenlik Gününü təntənə ilə qeyd edərkən həm də suverenliyə gedən yolu, onun necə əldə edildiyini xatırlamalı və onun qorunması üçün hansı məsuliyyəti daşıdığımızı dərk etməliyik.

Bu mənada düşünürəm ki, belə bir bayramın Azərbaycanda qeyd olunması sadəcə sıradan bir bayram, dövlət bayramı hadisəsi olmamalıdır. Yaşadığımız tarixin öyrənilməsi, əldə etdiyimiz zəfərin qiymətləndirilməsi və qələbənin yaratdığı yeni reallıqda yeni perspektivlər, yeni imkanlar uğrunda mübarizəmiz üçün əsas istiqamətverici amil olmalıdır”.
dəqiqələr içində saytın olsun.