Menyu

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Operativ Media
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. 

“Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək, eləcə də səfər öncəsi avtomobilin texniki vəziyyətinə, xüsusilə şinlərə və şüşəsilənlərin sazlığına diqqət yetirmək xahiş olunur.

Unutmayaq ki, dəyişkən hava şəraitində təhlükəsizliyin əsas şərti sürücünün vəziyyətə uyğun davranması və ehtiyatlı hərəkət etməsidir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər