Azərbaycan və Belarus 2027–2028-ci illər üçün əməkdaşlıq planı imzalayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Belarusun xarici işlər naziri Maksim Rıjenkovla görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan-Belarus strateji tərəfdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər yüksək səviyyəli siyasi dialoqun və iki ölkə liderləri arasında təmasların ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıblar. Həmçinin Hökumətlərarası Birgə Komissiyanın ticarət və iqtisadi əməkdaşlığın inkişafındakı əhəmiyyəti qeyd olunub.
Nazirlər BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda sıx koordinasiyanın vacibliyini də vurğulayıblar.
Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Belarus Xarici İşlər Nazirliyi arasında 2027–2028-ci illər üzrə Əməkdaşlıq Planı, həmçinin konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bildirilib ki, imzalanan sənədlər iki ölkə arasında tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcək və qarşıdakı illərdə ikitərəfli koordinasiyanın inkişafına xidmət edəcək.
dəqiqələr içində saytın olsun.