Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Operativ Media xəbər verir ki, görüşdə Türkiyə-Ermənistan münasibətləri, ikitərəfli ticarət, nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladığını bildirib.
O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
21:32
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları barədə hələ məlumat açıqlanmayıb.
dəqiqələr içində saytın olsun.