Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq
Operativ Media
Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.
Bu barədə Operativ Media-ya "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net