Menyu

2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39,2 milyard manat olacağı gözlənilir

Nərmin Qocamanlı
2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39,2 milyard manat olacağı gözlənilir
1 dəq oxu

2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,2 faiz təşkil edəcək. Büdcə kəsiri 3 milyard 166 milyon manat proqnozlaşdırılır.

Makroiqtisadi proqnozlara əsasən, 2027-ci ildə ÜDM-in 2,7 faiz artaraq 141 milyard manata çatacağı gözlənilir.

Əlaqəli Xəbərlər