Menyu

Rusiyadan Türkiyəyə qaz nəqli noyabrda kəskin artıb

Operativ Media
Rusiyadan Türkiyəyə qaz nəqli noyabrda kəskin artıb
1 dəq oxu

“Qazprom” Türkiyəyə qaz tədarükünü kəskin artırıb

Operativ Media TASS-a istinadən xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti 2026-cı ilin payızında Türkiyəyə boru kəməri ilə qaz tədarükünün artdığını açıqlayıb.

Şirkətin operativ məlumatlarına görə, noyabrın ilk beş günündə Türkiyəyə çatdırılan qazın həcmi oktyabr və sentyabr aylarının eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çox olub.

Bildirilib ki, oktyabr ayında “Qazprom”un Türkiyəyə ümumi qaz tədarükü sentyabr ayı ilə müqayisədə 78 faiz artıb.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl Rusiyadan təbii qaz alışının azaldılmasını qiymətlərin yüksək olması ilə izah etmiş, bununla belə, Ankara ilə Moskva arasında ticarətin dayandırılmayacağını bildirmişdi.

TASS-ın məlumatına görə, Rusiya 2026-cı ilin yanvar-avqust aylarında Türkiyəyə boru kəməri ilə qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azaldaraq 12,1 milyard kubmetrə çatdırıb. 2025-ci ildə isə Türkiyəyə 21,16 milyard kubmetr Rusiya qazı nəql edilib.

Əlaqəli Xəbərlər