Menyu

Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir

Operativ Media
Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir
1 dəq oxu

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvanın regional nəqliyyat əlaqələrinin inkişafı baxımından böyük potensiala malik olduğunu bildirib.

Operativ Media xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhliz Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır.

“Bu imkanları reallaşdırmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”, – deyə səfir vurğulayıb.

Əlaqəli Xəbərlər